Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi - FOTO

  • 16:12 - 03 Dekabr

Türkiyə istehsalı olan “Hürkuş” təlim-məşq təyyarəsi Azərbaycanda sınaqdan keçirilib. 

Avropa.info bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Twitter səhifəsində məlumat verib. 

TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanmış "Hürkuş" turbovintli təlimçinin bir neçə versiyası var ki, onlardan biri yüngül hücum təyyarəsi kimi istifadə oluna bilər. 

Təlim təyyarəsi döyüş aviasiyasının pilotlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Hürkuş" təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.

 

 


Oxunma sayı: 2256

Oxşar yazılar