Türkiyənin havadakı yeni gücü "Bayraktar Akıncı" PUA-lar ordunun sərəncamında: "Mehmetçiyin yeni gücü göy üzündə dastan yazamağa hazırdır!" – FOTO

  • 13:59 - 03 Dekabr

Səlçuk Bayraktarın rəhbərlik etdiyi "Baykar" Şirkətinin 2021-ci ildə istehsal etdiyi "AKINCI" PUA-ları Türkiyə Silahlı qüvvələrinə təslim edilib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Üç ədəd Akıncı PUA Çorludakı Komandanlığımızda yoxlama və qəbul fəaliyyətlərini tamamladı. Xidmətə başlayacaq "AKINCI" PUA-ları ilə Quru Qoşunları Komandanlığımıza uğurlar arzu edirik", - deyə MMN-nin məlumatında qeyd olunur.

Resim

Xatırladaq ki, "Baykar" Şirkəti tərəfindən yerli və milli qaynaqlarla istehsal edilən "Bayraktar AKINCI" PUA 22 aprel 2021-ci ildə ilk atış sınağını müvəffəqiyyətlə başa vurub.

"Baykar"dan edilən açıqlamada isə, "Mehmetçikin yeni gücü "Bayraktar Akıncı" PUA-lar göyüzündə dastan yazmağa hazırdır! Ölkəmizə, millətimizə xeyirli olsun!" deyilib.

Avropa.info

MSB: Üç adet Akıncı İHA Kara Kuvvetleri Komutanlığına teslim edildi

Oxunma sayı: 12706

Oxşar yazılar