Lavrov britaniyalı nazirlə zarafat etdi: "Biz rəqs etməyəcəyik"

  • 19:24 - 02 Dekabr

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Stokholmda keçirilən nazirlər toplantısı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Truss ilə görüşüb. 

Avropa.info xəbər veir ki, britaniyalı həmkarı ilə uzun müddət fotosessiyaya çəkildiyi üçün Lavrov buna dözməyib və jurnalistlərə zarafat edib. 

"Biz rəqs etməyəcəyik!" – deyə nazir zarafatla bildirib. 

Bundan əvvəl Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə Rusiyanın xarici işlər naziri də tədbirdə iştirak edən jurnalistlərə zarafatla müraciət edib. Nazirlərin açılış nitqindən sonra rusiyalı və amerikalı müxbirlər suallarını səsləndirmək üçün bir-birləri ilə yarışmağa başlayıblar. "Bizə qışqırmayın!" deyə rusiyalı nazir daha sonra gülərək davam edib.


Oxunma sayı: 2399

Oxşar yazılar