Aziz Sancarla azərbaycanlı şagird arasında maraqlı dialoq - VİDEO

  • 18:46 - 02 Dekabr

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat və Təhsil nazirlikləri, o cümlədən digər dövlət qurumları və özəl təşkilatlarla birgə UNEC İqtisadi Forumu keçirir. Ötən gündən başlayaraq dekabrın 3-nə qədər keçiriləcək tədbir müstəqilliyimizin 30 illik yubileyinə həsr olunub. Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri əks etdirəcək. 

Avropa.info xəbər verir ki, UNEC İqtisadi Forumu çərçivəsində türkiyəli alim, Nobel mükafatı laureatı Aziz Sancar da iştirak edib. Tədbir maraqlı anlarla yadda qalıb. Belə ki, Aziz Sancarla kimya üzrə respublika fənn olimpiadasının qızıl mükafatçısı Dəniz Səttarlı arasında marağa səbəb olan dialoq yaşanıb.

Dəniz Aziz Sancardan ölkəmizi Kimya üzrə keçirilən Beynəlxalq Fənn Olimpiadalarında daha da uğurlu təmsil etmək və daha çox qızıl medal qazanmaq üçün hansı qaydalara əməl edilməli olduğunu soruşur. Nobel mükafatı laureatı Sancar bu suala belə cavab verir:

"Olimpiadalara qatılıb uğur qazandığınız üçün sizi təbrik edirəm. Mənim elə bir şansım olmadı. O baxımdan siz məndən irəlidəsiniz. Mən sizə ağıl verəcək vəziyyətdə deyiləm. İnşallah uğurlarınız davam edər və hər birimizin fəxr edəcəyi bir alim olarsınız".

Qeyd edək ki, forumda 5 panel üzrə 30-dək spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Panellərdə “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Post-pandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar”, “Post-pandemiya dövründə biznes transformasiyası”, “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzularında müzakirələr olacaq.

İştirakçılarının dekabrın 4-də Qarabağa səfər etməsi nəzərdə tutulub.


Oxunma sayı: 2278

Oxşar yazılar