Türk kəşfiyyatından daha bir MÖHTƏŞƏM ƏMƏLİYYAT: PKK-nın "lider" heyətində olan iki terrorçu paketlənərək Türkiyəyə gətirildi – FOTO

  • 16:30 - 02 Dekabr

Türkiyənin Milli Kəşfiyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində PKK terrorçusu Pərvin Arslan və silahlıların liderlərindən biri - Duran Kalkanın mühafizəçisi Emrah Adıgüzel ölkəyə gətirilib. 

Avropa.info bildirir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Emrah Adıgüzel 2012-ci ildə terror təşkilatı sıralarına qoşularaq Şimali İraqın kənd yerlərində fəaliyyətə başlayıb. 

Adıgüzelin iki ildir Abbas kod adı ilə terrorçu liderlərdən biri Duran Kalkanın mühafizəçisi olduğu, həmçinin İraqın Qara, Sincar və Hakurk kimi bölgələrində terror fəaliyyətləri həyata keçirdiyi müəyyən edilib. 

Eyni zamanda Sincar bölgəsində də terrorçu kəşfiyyata cavabdeh idi. RKK-nın 2020-ci ildə Adıgüzelin İrana göndərdiyi və onun bu ölkədə təşkilatın nüfuzlu şəxsləri sırasında olduğu müəyyən edilib. 

Bu arada Pərvin Arslan 2014-cü ildə RKK sıralarına qoşulub. Terrorçu İraqın şimalında və Suriyanın şimalında Metin bölgəsində fəaliyyətlər həyata keçirib. 

Məlum olub ki, terrorçu hücumlarda, təxribatlarda və qətllərdə iştirak edib və 2019-cu ildə təşkilatın terror fəaliyyətini həyata keçirmək üçün İrana göndərilib.

Благодаря усилиям спецслужб Турции в страну доставлены 2 террориста PKK

Oxunma sayı: 4995

Oxşar yazılar