“Bayraktar”lar yenidən havaya qaldırıldı - RƏSMİ

  • 16:26 - 02 Dekabr

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Avropa.info xəbər verir ki, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.


Oxunma sayı: 2256

Oxşar yazılar