Ukrayna və ABŞ Rusiyanı “cilovlamaq üçün tədbirlər paketi” hazırlayır

  • 17:03 - 02 Dekabr

Ukrayna diplomatiyasının rəhbəri ABŞ dövlət katibi ilə görüşüb 

Ukrayna və ABŞ sərt iqtisadi sanksiyaları da əhatə edən Rusiyanı cilovlamaq üçün kompleks tədbirlər paketi üzərində işləyir. Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Tvitter" hesabında məlumat verib. 

Ukrayna diplomatiyasının rəhbəri bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenlə görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində baş tutub. 

“Görüş zamanı Ukrayna və ABŞ arasında güclü strateji tərəfdaşlığa sadiqlik bir daha təsdiqləndi. Biz Rusiyanı cilovlamaq üçün Moskvanı aqressiv hərəkətlərdən yayındıracaq kompleks tədbirlər paketi hazırlamaq üzərində çox çalışırıq”, - deyə Kuleba yazıb.


Oxunma sayı: 2223

Oxşar yazılar