Ərdoğan xəzinə və maliyyə nazirini vəsifəsindən azad etdi – Yeni TƏYİNAT

  • 15:50 - 02 Dekabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəzinə və maliyyə nazirini vəsifəsindən azad edib.

Avropa.info xəbər verir ki, bu barədə sərəncam  “Resmi Gazete”də dərc olunub. 

Qeyd olunur ki, vəzifəsindən azad edilən Lütfi Elvanın yerinə Nurəddin Nəbati təyin edilib.

Hazine ve Maliye Bakanlığına Nureddin Nebati atandı

Xatırladaq ki, Lütfi Elvan Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin rəhbəri postuna 2020-ci ilin noyabrında təyin edilib. 2015-2016-cı illərdə Elvan Türkiyə baş nazirinin müavini olub.

Nurəddin Nebati siyasi elmlər doktorudur, nazir təyin olunmazdan əvvəl Xəzinə və Maliyyə Nazirliyində müavin vəzifəsində çalışıb. O, uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.


Oxunma sayı: 2707

Oxşar yazılar