Prezidentin köməkçisi: "Azərbaycan Soçi görüşünün nəticələrini müsbət qiymətləndirir"

  • 13:44 - 02 Dekabr

"Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır".

Avropa.info bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır: "Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir".


Oxunma sayı: 2058

Oxşar yazılar