Donbasda separatçılar Ukrayna orudusunun mövqelərini atəşə tutdu - Bir hərbçi həlak oldu

  • 14:31 - 02 Dekabr

Ukraynanın şərqində Rusiyayönlü separatçıların Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması nəticəsində bir hərbçi həlak olub. 

Avropa.info bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ötən gecə separatçılar atəşkəs rejimini 4 dəfə pozub. 

Şumı, Maryinka, Avdeevka və Novotroitskoye yaşayış məntəqələri bombalanıb. 

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə etirazlar 2013-cü il noyabrın 21-də o vaxtkı prezident Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) ilə Assosiasiya sazişini imzalamaqdan imtina etməsindən sonra başlayıb. 

Küçə və ictimai etirazlar fonunda Yanukoviç 2014-cü il fevralın 22-də ölkədən qaçıb və hakimiyyət qərbyönlü siyasətçilərə keçib. 

Bunun ardınca rusiyayönlü separatçılar Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin ərazilərinin bir hissəsində qondarma "müstəqillik" elan ediblər. 

2014-cü ildən bəri Ukraynanın şərqindəki toqquşmalar 13 mindən çox insanın ölümünə səbəb olub.


Oxunma sayı: 2223

Oxşar yazılar