Qazaxıtsan müstəqilliyinin 30 illiyi ilə bağlı amnistiya elan etdi

  • 14:17 - 02 Dekabr

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) respublikanın müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar amnistiya haqqında qanun layihəsini təsdiqləyib. 

Avropa.info xəbər verir ki, parlamentin iclası qanunverici orqanın internet saytında yayımlanıb. 

"Qanun layihəsinin məqsədi kiçik və orta ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin cəza çəkməkdən azad edilməsi, habelə bəzi ağır və xüsusilə ağır cinayətlərə görə çəkilməmiş cəza müddətinin azaldılmasıdır. Amnistiya veteranlara, yetkinlik yaşına çatmayanlara,  vətəndaşların və dövlətin təhlükəsizliyinə ciddi təhlükə yaratmayan şəxslərə, qocalara, birinci və ikinci qrup əlillər və başqalarına şamil ediləcək”, - Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev sənədi təqdim edərkən bildirib. 

O qeyd edib ki, ilkin hesablamalara görə, amnistiyaya 2236 məhkum və probasiya xidmətində qeydiyyatda olan 11310 nəfər düşəcək. "Birincisi, minə yaxın şəxs azadlığa buraxılacaq, 3,8 min nəfər isə probasiya xidmətinin reyestrindən çıxarılacaq. İkincisi, cəzanın azaldılması 1 294 məhkuma və probasiya xidmətində qeydiyyatda olan şəxsə şamil olunacaq. Üçüncüsü, məhkəməyədək icraatda olan 5 min cinayət işi ixtisar ediləcək, onlardan 1674-dən çox şəxs cinayət məsuliyyətindən azad ediləcək, 1471 nəfərə isə cəza müddətinin azaldılması və ya azad edilməsi ilə bağlı müddəalar tətbiq olunacaq”, - deyə nazirliyin rəhbəri qeyd edib. 

Senatda təsdiqləndikdən sonra dekabrın 16-17-də qeyd olunacaq Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar amnistiya haqqında qanun imzalanmaq üçün ölkə prezidentinə təqdim ediləcək.


Oxunma sayı: 2267

Oxşar yazılar