Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat TAPILDI - VİDEO

  • 13:59 - 02 Dekabr

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, rayon ərazisində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları yeddi avtomat, üç qumbaraatan, üç pulemyot, yeddi qumbaraatan mərmisi, səkkiz əl qumbarası, dörd partladıcı vasitə, üç sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 1970

Oxşar yazılar