Mədət Quliyev: Ermənistandan qənimət götürdüyümüz texnikalar Ordumuzun istifadəsinə verilib

  • 11:51 - 02 Dekabr

"Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".

Avropa.info xəbər verir ki, bunu APA-ya açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib. 

Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda teknika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib".


Oxunma sayı: 2102

Oxşar yazılar