Üçtərəfli işçi qrup yenidən görüşəcək

  • 11:49 - 02 Dekabr

Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun dekabrın 1-də keçirilən növbəti iclası yaxın günlərdə davam edəcək.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Nəticələr barədə yalnız iclasdan sonra danışmaq mümkün olacaq”, - deyə Baş nazirin müavini cavab verib.

Xatırladaq ki, sözügüdən işçi qrupu Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, prezident Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan etmişdi. 

Dünənki görüşdə liderlərin noyabrın 26-da razılaşdırdıqları qərarlar müzakirə olunub.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması planlaşdırılır.


Oxunma sayı: 2025

Oxşar yazılar