DSX-nin helikopter qəzasında şəhid olan zabiti Beyləqanda dəfn edildi - FOTO (YENİLƏNİB)

  • 12:24 - 02 Dekabr

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyev anadan olduğu Beyləqan rayonunda dəfn edilib.

Avropa.info-nun xəbərinə görə, şəhid hərbçi Beyləqan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azər İbrahimov, şəhidin xidmət yoldaşları və rayon sakinləri iştirak edib.

Yaylım atəşi açılıb. Şəhidin tabutu bükülmüş Azərbaycan Bayrağı onun atasına təhvil verilib.

***

11:38

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

Avropa.info xəbər verir ki, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

 

 


Oxunma sayı: 2597

Oxşar yazılar