Bir ayda 11 nəfər zəhərlənmədən vəfat edib

  • 13:12 - 02 Dekabr

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.

Mərkəzdən Avropa.info-ya verilən xəbərə görə, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub.

Onlar arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.

Ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.


Oxunma sayı: 1750

Oxşar yazılar