Azərbaycanda meşələri məhv edən şəxs saxlanılıb - FOTO

  • 12:56 - 02 Dekabr

Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

image desc

 

image desc

Oxunma sayı: 914

Oxşar yazılar