Ötən gün 4 nəfər cərimə olunub, 73 nəfər şənliyə buraxılmayıb

  • 12:40 - 02 Dekabr

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, monitorinq 126 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Oxunma sayı: 1783

Oxşar yazılar