Yapon dənizində yük gəmisi batdı: ekipaj üzvü yoxa çıxıb

  • 11:02 - 02 Dekabr

Panama bayraqlı yük gəmisi “Houei Crystal” Yaponiyanın qərb sahillərinə təhlükə siqnalı göndərib.

Avropa.info xəbər verir ki, Yapon dənizində Panama bayrağı altında “Houei Crystal” yük gəmisi batıb, 17 ekipaj üzvü xilas edilib, birinin axtarışları davam edir. 

Təhlükə ilə bağlı çağırış gəmi Yaponiyanın qərbindəki Şimane prefekturasının sahillərində olarkən gəlib. 

Bölgəyə Yaponiya sahil mühafizəsinin freqatları göndərilib. 

Bildirilir ki, yük daşıyan gəmi Okinosuma adasından 380 km şimal-şərqdə batıb. 

Cənubi Koreyanın sahil mühafizə gəmiləri əraziyə gəlib və xilasedici qayıqda 17 ekipaj üzvünü aşkar edib. 

İtkin düşən ekipaj üzvünün axtarışını Yaponiya Sahil Mühafizəsi aparır. 

Qeyd olunur ki, göyərtəsində 8 ton kömür olan gəmi Rusiyanın Naxodka limanından Yaponiyanın mərkəzi hissəsindəki Kinuura limanına doğru gedirmiş. 

Bütün ekipaj üzvləri Vyetnam vətəndaşlarıdır.


Oxunma sayı: 2344

Oxşar yazılar