DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq – FOTO

  • 09:49 - 02 Dekabr

DİN Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara münasibət bildirib.

Avropa.info-nun məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”, - o qeyd edib.

DİN rəsmisi onu da əlavə edib ki, bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur:

"Saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək, sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir".

Dünən bir qrup şəxs Nizami küçəsi və Fəvvarələr bağında icazəsiz aksiya keçirməyə cəhd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Tofiq Yaqublunun döyülməsi ilə bağlı foto yayılıb.


Oxunma sayı: 2124

Oxşar yazılar