Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri ilə bu gün GÖRÜŞƏCƏK

  • 09:37 - 02 Dekabr

Bu gün - dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İsveçdə görüşəcək.

Avropa.info-nun məlumatına görə, görüş Stokholmda ATƏT-in Nazirlər Konfransı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, dekabrın 2 və 3-də İsveçdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci iclası keçiriləcək. 


Oxunma sayı: 1607

Oxşar yazılar