“Paşinyan Ankara ilə dialoqun tərəfdarıdır" – Erməni siyasi ekspert

  • 10:49 - 02 Dekabr

"44 günlük Qarabağ müharibəsi zamanı və bütün digər problemli məqamlarda Türkiyənin Azərbaycana dəstək verməsinə baxmayaraq, İrəvanın Ankara ilə ikitərəfli əlaqələri normallaşdırmaq imkanı hələ də var". 

Avropa.info bildirir ki, bu barədə “Anadolu” agentliyinə Ermənistan parlamentinin “İrs” partiyasından keçmiş deputatı, siyasi ekspert Stepa Səfəryan məlumat verib. 

В Ереване надеются на импульс в отношениях с Анкарой - эксперт

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun təsisçisi və rəhbəri qeyd edib ki, Qarabağdakı müharibə sadə ermənilərin Türkiyə haqqında təsəvvürünü pisləşdirib, lakin iki ölkə arasında dialoq üçün “imkan pəncərəsi” hələ də bağlanmayıb. 

Səfəryan hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasının ən həssas məsələlərindən biri Türkiyə ilə Azərbaycan arasında Naxçıvan muxtariyyəti vasitəsilə kommunikasiyanı açacaq Zəngəzur dəhlizi mövzusu olaraq qalır. 

Onun sözlərinə görə, bəzi dairələr bu dəhlizin açılmasını “Ermənistanı boğmaq cəhdi” kimi şərh edirlər. “Hesab edirəm ki, Zəngəzur dəhlizi ifadəsindən istifadə etmədən regionda nəqliyyat kommunikasiyalarını açmaq olar. Bundan Türkiyə də faydalanacaq”, - deyə keçmiş deputat bildirib. 

Səfəryan hesab edir ki, Laçın dəhlizinə münasibətdə dəhliz termini məqbuldur, çünki bu yol Ermənistanı Qarabağ regionu ilə (Azərbaycan) birləşdirən başqa funksiyaya malikdir. “Əgər bu termindən (Zəngəzur dəhlizi) istifadə olunarsa, Ermənistan-Türkiyə dialoqu bağlanacaq”, o deyib. 

Sabiq deputat sərt tənqidlər və İkinci Qarabağ müharibəsindən sonra üzləşdiyi problemlər fonunda hələ də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addımlar atmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə də diqqət çəkib. 

Səfəryanın sözlərinə görə, Zəngəzur məsələsi Ermənistanın baş naziri üçün bu prosesdə ciddi maneə olaraq qalır. “Paşinyan Ankara ilə dialoqun tərəfdarıdır, baxmayaraq ki, o, həmvətənlərinin ciddi tənqidi ilə üzləşəcəyini yaxşı bilir. Amma mənə elə gəlir ki, Türkiyənin bundan xəbəri yoxdur”, - deyə ekspert bildirib. 

Səfəryan Rusiyanın Cənubi Qafqazdakı roluna və Ermənistan cəmiyyətində Moskvanın siyasətinin dərk edilməsinə də toxunub. “Ermənistan vətəndaşlarının əksəriyyəti belə düşünür: “Türkiyə Azərbaycanla olduğu kimi, Rusiya Ermənistan üçün o qədər də yaxın müttəfiq deyil. Moskva Türkiyənin Azərbaycanla bağlı olduğu kimi bizi dəstəkləmir”. 

O hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə dialoq üçüncü ölkələrin iştirakı olmadan ikitərəfli formatda faydalı olacaq.


Oxunma sayı: 2135

Oxşar yazılar