Mövlud Çavuşoğlu ABŞ dövlət katibi ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

  • 10:31 - 02 Dekabr

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Rusiya-Ukrayna sərhədindəki vəziyyəti, eləcə də Qara dəniz regionunda sabitliyi müzakirə ediblər. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays NATO-ya üzv ölkələrin xarici əlaqələr qurumlarının rəhbərlərinin Riqada keçirilən görüşü çərçivəsində keçirilən görüşdən sonra bildirib. 

O qeyd edib ki, Amerika diplomatiyasının rəhbəri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə Efiopiya böhranı və Qara dəniz regionunda sabitliyin qorunmasına yönəlmiş birgə səyləri müzakirə edib. “Onlar həmçinin Rusiyanın Ukraynaya təcavüzünü, Qrabağda, eləcə də Əfqanıstandakı vəziyyəti müzakirə ediblər”, - Prays bildirib. 

Onun sözlərinə görə, iki xarici işlər nazirləri arasında danışıqlar Cozef Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçən ay Romada ikitərəfli əməkdaşlıq və digər prioritetlər, o cümlədən demokratiya və insan haqları ilə bağlı söhbətə əsaslanıb. 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Moskva Rusiyanı Ukraynada nizamlanma prosesinə təhlükə kimi təqdim etmək məqsədi ilə Qərb ölkələrindən yayılan məlumat kampaniyasını qeydə alır. O bu kampaniyanın Kiyevdə baş verə biləcək aqressiv fikirlərin pərdəarxası olduğunu istisna etməyib.


Oxunma sayı: 2025

Oxşar yazılar