Qırğızıstan-Tacikstan sərhədində atışma

  • 23:04 - 01 Dekabr

Naməlum şəxslər Qırğızıstanla dövlət sərhədinin şərti xətti yaxınlığında Tacikistan Respublikası tərəfdən 7-8 atəş açıb. Hadisə dekabrın 1-də saat 21:15 radələrində Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Daxma ərazisində baş verib. 

Avropa.info-nun məlumatına görə, bu barədə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DKNB) Sərhəd Xidmətinin İctimaiyyətlə və KİV-lə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd edildiyi kimi, güllələrin ov tüfəngindən açıldığı ehtimal edilir. 

"Vəziyyəti aydınlaşdırmaq üçün Qırğızıstan və Tacikistanın sərhəd zastavalarının rəisləri dərhal hadisə yerinə gəlib və atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar", - məlumatda deyilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb. “Qırğızıstanın Batken istiqamətində sərhəd nümayəndəsi polkovnik Kyyalbek Tolonbayev Tacikistan Respublikasının Suqd istiqamətində sərhəd nümayəndəsi ilə telefon danışığı aparıb, dövlət sərhədində təxribatların qarşısının alınması tədbirləri müzakirə edilib. 

Qırğızıstan Sərhəd Xidmətindən bildirilib ki, saat 22:30-a olan məlumata görə, dövlət sərhədinin bu hissəsində vəziyyət sabit, lakin gərginlik elementləri ilə xarakterizə olunur. 


Oxunma sayı: 4060

Oxşar yazılar