Azərbaycanda son sutkada 1795 nəfər koronaviry yoluxub, 1967 nəfər sağalıb - 28 nəfər vəfat edib

  • 20:10 - 01 Dekabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 590 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib, aktiv xəstə sayı 25513 nəfərdir.

Ölkədə son sutka ərzində 12 565, hazırkı dövrədək isə 5 551 849 test aparılıb.


Oxunma sayı: 1200

Oxşar yazılar