Prezident Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

  • 19:43 - 01 Dekabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Avropa.info xəbər verir ki, görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.

 

Prezidenti İlham Əliyev Toivo Klaarı qəbul edib

Oxunma sayı: 2003

Oxşar yazılar