Türkiyədə fırtına: 22 yaşlı azərbaycanlı dənizçi itkin düşdü – FOTO/VİDEO

  • 17:26 - 01 Dekabr

Türkiyədə yük gəmisində işləyən azərbaycanlı gənc dənizə düşüb.

Avropa.info xəbər verir ki, hadisə Zonquldağın Ereğli rayonunda baş verib. 

Dənizə düşən azərbaycanlı personalın axtarışları davam edir. 

Məlumata görə, hadisə gecə saat 02:00 radələrində Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” yük gəmisində baş verib. Gəminin şəxsi heyətində işləyən 22 yaşlı Azərbaycan əsilli Anar Orucovun gəmidəki qırılan kəndiri təmir etmək istədiyi iddia edilib. Bu əsnada başqa gəminin kəndirinə dəyən şəxsi heyət müvazinətini itirərək dənizə düşüb.

Sahil Təhlükəsizlik Qayıq Komandanlığı və Ereğli Bələdiyyəsi Xilasetmə Xidmətinə bağlı xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. Gecə saatlarında başlayan əməliyyat-axtarış tədbirləri səhər saatlarında da davam edib. Dənizə düşən işçinin gəminin altında ola bilmə ehtimalını qiymətləndirən xilasetmə qrupları, külək dayandıqdan sonra axtarış işlərinə davam edəcəklər. Digər tərəfdən bölgəyə dalğıc qrupları da cəlb edilib.

Anar Orucovun axtarışı davam edir.


Oxunma sayı: 2740

Oxşar yazılar