Almaniyada müharibədən qalma aviabomba partladı - Yaralılar var

  • 17:09 - 01 Dekabr

Almaniyanın Münhen şəhərində "Deutsche Bahn" dəmir yolu şirkətinin tikintisində partlayış baş verib. 

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı 3 nəfər xəsarət alıb. 

İlkin məlumata görə, İkinci Dünya müharibəsi zamanından qalma aviabomba partlayıb. 

Partlayış bir neçə kilometr radiusda eşidilib, ərazidə qatarların hərəkəti dayandırılıb.


Oxunma sayı: 2201

Oxşar yazılar