Avropa İttifaqı koronavirusa qarşı məcburi peyvəndi müzakirə etməyə çağırdı

  • 17:01 - 01 Dekabr

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa İttifaqını (Aİ) koronavirusa qarşı məcburi peyvənd məsələsini müzakirə etməyə çağırıb. 

Avropa.info xəbər verir ki, o bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. 

“Bəli, peyvənd oluna bilməyən çox balaca uşaqlar və ya xüsusi sağlamlıq vəziyyəti olan insanlar var, lakin onların böyük əksəriyyəti peyvənd oluna bilmir. Ona görə də hesab edirəm ki, Aİ-də məcburi peyvənd məsələsini müzakirə etmək başa düşüləndir və normal olardı”, - AK rəhbəri bildirib. 

Qeyd edək ki, daha əvvəl Riqanın keçmiş meri, Avropa Parlamentinin Latviyadan olan deputatı Nil Uşakov bildirmişdi ki, Avropa Rusiyanın Sputnik V vaksini ilə COVID-19-a qarşı peyvənd olunmuş vətəndaşların sertifikatlarını tanımalıdır. O, Rusiyanı Avropanın Pfizer və Moderna ilə bağlı eyni addımı atmağa çağırıb. 

Hazırda AstraZeneca, Pfizer/BioNTech, Moderna və Johnson & Johnson şirkətlərinin peyvəndləri Aİ ölkələrində rəsmi olaraq təsdiqlənib. Hələ avqustun sonunda fon der Leyen bildirmişdi ki, Avropada əhalinin 70 faizindən çoxu, yəni 250 milyon insan tam peyvənd olunub.


Oxunma sayı: 2509

Oxşar yazılar