İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

  • 18:50 - 01 Dekabr

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Avropa.info-ya verilən məlumata görə, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 4 145 456 m² (414 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabrın 10-dan cari ilin noyabrın 30-dək isə piyada əleyhinə 10 456, tank əleyhinə 4 683 mina və 12 659 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 63 583 085 m² (6 358 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Oxunma sayı: 749

Oxşar yazılar