Putinin illik mətbuat konfrasnının vaxtı açıqlandı

  • 18:01 - 01 Dekabr

Rusiya prezidenti Vladimir Putinin illik geniş mətbuat konfransı dekabrın 23-də keçiriləcək. 

Avropa.info xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

"Putin dekabrın 23-də illik mətbuat konfransı keçirəcək. Bu, üzbəüz mətbuat konfransı olacaq. Prezident jurnalistlərin yanına gələcək. Jurnalistlər həmişə olduğu kimi, sərbəst şəkildə dövlət başçısına suallar verəcəklər”, - Peskov bildirib. 

Peskov bildirib ki, kovid məhdudiyyətlərinə görə Putinin mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin sayına məhdudiyyət qoyulub. 

"Oturacaqların sayı, təəssüf ki, beş yüzlə məhdudlaşacaq. Oturacaqların sayı məhdud olacağı üçün pulsuz akkreditasiya aparmayacağıq", deyə Peskov bildirib. “Biz özümüz jurnalistlərin yanına çıxacağıq”, o deyib.


Oxunma sayı: 2355

Oxşar yazılar