Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır – Zaxarova diplomatların Moskvanı tərk edəcəkləri vaxtı açıqladı

  • 17:29 - 01 Dekabr

Zaxarova: Bir sıra ABŞ diplomatları yanvarın 31-dək Moskvanı tərk edəcəklər 

Qərar ABŞ administrasiyasının rusiyalı diplomatların viza alması ilə bağlı məhdudiyyətlərinə cavab olaraq qəbul edilib

2022-ci il yanvarın 31-dək ABŞ-ın Moskvadakı səfirliyinin üç ildən artıq ezamiyyətdə olan əməkdaşları Rusiyanı tərk etməlidirlər. 

Avropa.info xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Zaxarova ABŞ administrasiyasının rusiyalı diplomatların viza alması ilə bağlı məhdudiyyətlərini tənqid edib. 

“Biz buna uyğun reaksiya vermək niyyətindəyik. 2022-ci il yanvarın 31-nə kimi ABŞ-ın Moskvadakı səfirliyinin üç ildən artıq ezamiyyətdə olan əməkdaşları Rusiyanı tərk etməlidirlər”. 

Zaxarova vurğulayıb ki, Rusiya uzun müddətdir ki, belə bir qərardan yayınmağa çalışır. "Vurğulamaq istərdim ki, seçim bizim deyil", - Zaxarova qeyd edib. - Amerikalı partnyorlarımız da bizə oxşar oyunu tətbiq etdilər. Biz uzun müddət və israrla onlarla mübahisə etməyə çalışdıq və hələ də onları məsələnin hansısa konstruktiv həllinə yönəltdik, lakin onlar öz seçimlərini etdilər”. 

Qeyd edək ki, bundan əvvəl, noyabrın 27-də Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, 27 rusiyalı diplomat onlar və ailə üzvləri üçün viza problemi səbəbindən gələn ay ABŞ-ı tərk edəcək.


Oxunma sayı: 2630

Oxşar yazılar