Türk hərbi mütəxəssis Abdullah Ağar şəhid mayor Murad Məmmədov haqda yazdı : "O Azərbaycan və Türkiyə tarixinə qızıl hərflərlə..." (FOTO)

  • 21:07 - 30 Noyabr

Türkiyəli hərbi mütəxəssis, təqaüddə olan polkovnik Abdullah Ağar bu gün Xızıda hərbi helikopter qəzası nəticəsində şəhid olan mayor Murad Məmmədov haqqında yazıb.

Avropa.info xəbər verir ki, Ağar tvitter hesabında bunları yazıb.

"Can qardaşım mayor Murad Məmmədov! Bu gün Xızının Qaraheybət ərazisində helikopter qəzasında 13 qardaşımızla birgə şəhid oldu.
O, təkcə Azərbaycan tarixinə deyil, həm də Türkiyə tarixinə qızıl hərflərlə yazılacaq “ANTONOV dastanı”nı yazdığım Qarabağ savaşı kitabı üçün şəxsən mənə danışmışdı.

Image

Abdullah Ağar və Murad Məmmədov

O, An-2 Antonov təyyarələri ilə necə taktika etdiklərini, düşməni necə aldatdıqlarını, hava hücumundan müdafiə sistemlərini necə deşifrə edib aşkarladıqlarını danışmışdı.

Xatirən, qəhrəmanlığın kitablarda yaşayacaq.

Ruhun şad olsun qardaşım."

Avropa.info


Oxunma sayı: 19757

Oxşar yazılar