Rusiyalı politoloq sərt danışdı: “Ermənistanın danışıqları uzatması...”

  • 18:07 - 29 Noyabr

“Azərbaycan ilə sərhədlərin delimitasiyası üzrə danışıqların uzanması Ermənistana yalnız zərər vurur”.

Avropa.info xəbər verir ki, bunu “Report”a rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş görüşünü şərh edərkən bildirib.

“Ermənistanın prosesi uzatması özü üçün ölümə bərabərdir. Cəmiyyətdə narazılıq var, ölkədə xaricdən maliyyələşən ekstremist, revanşçı qruplar mövcuddur. Ermənistan bütün bunları anlayaraq danışıqlara getdi. İndiki halda Cənubi Qafqazı inkişaf edən və vahid region kimi görmək istəməyən ölkələr uduzmuş oldular”, - o deyib.

Politoloq qeyd edib ki, nə Azərbaycanda, nə də Rusiyada mürəkkəb iqtisadi proseslər müşahidə olunmur və hər iki ölkənin iqtisadiyyatı uğurla inkişaf edir: "Məhz Ermənistan yeni vətəndaş müharibəsinin astanasındadır. Ölkənin iqtisadiyyatı məhv olub, iqtisadi gələcək görünmür. Bu şəraitdə belə görünür ki, Paşinyan yeni iqtisadi mexanizmlərin işə düşməsində, yeni nəqliyyat dəhlizlərinin yaradılmasında, qonşularla sərhədlərin açılmasında və ticarətin bərpasında maraqlıdır".

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirilməsindən Ermənistan yalnız qazanc əldə edəcək.

"Azərbaycan ilə dost münasibətləri heç bir halda pozmayacağını bəyan edən Rusiyanın sərt mövqeyi Paşinyanı məcbur etdi ki, Brüssel görüşünü və ATƏT formatında Fransa ilə danışıqları gözləmədən sərhədlərin demarkasiyasının baş tutacağını bəyan etsin. Rusiya bir daha nümayiş etdirdi ki, imzalanmış razılıqlar olduğu kimi qalacaq, ölkələr arasında sərhəd müəyyənləşəcək, Qarabağın kimə məxsus olması ilə bağlı məsələlər aradan qalxacaq və Zəngəzur dəhlizinə aydınlıq gətiriləcək”, - D.Solonnikov diqqətə çatdırıb.


Oxunma sayı: 2113

Oxşar yazılar