Prezident İlham Əliyev baş konsulu geri çağırdı - SƏRƏNCAM

  • 13:47 - 29 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulunu geri çağırıb. 

Avropa.info xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. 

Qeyd edək ki, İlqar İskəndərov sözügedən vəzifəyə 2018-ci ildə təyin edilmişdi.


Oxunma sayı: 2245

Oxşar yazılar