Əli İnsanov toya buraxılmadı – SƏBƏB

  • 13:41 - 29 Noyabr

Haqq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Bakıda getdiyi toya buraxılmayıb.

Avropa.info  xəbər verir ki, partiya sədri Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayına toya gedib.

Şadlıq sarayının nümayəndələri toya gələn qonaqların COVID pasportlarını yoxladığı zaman onun peyvənd sertifikatının olmadığı ortaya çıxıb.

Qanunvericiliyə uyğun olaraq, Ə.İnsanov restoran inzibatçısı tərəfindən toyun keçirildiyi zala buraxılmayıb və geri qaytarılıb.


Oxunma sayı: 2377

Oxşar yazılar