ÜST-dən COVID-19-un yeni ştammı ilə bağlı iki fərqli açıqlama: "Omikron" qlobal təhlükə yaradır, yoxsa...

  • 14:38 - 29 Noyabr

Ümumdünya Səhiyyə Təşkilatı üzv ölkələrə açıqlamasında koronavirusun "Omikron" variantının qlobal yayılma riskinin "çox yüksək" olduğunu bildirib. 

Avropa.info bildirir ki, "Röyter"in  xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə Cənubi Afrikada aşkar edilən Korona virusunun "Omikron" variantı ilə bağlı 194 üzv ölkəyə açıqlama verib. 

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında, variantın xüsusiyyətləri nəzərə alınmaqla, Covid-19 hallarında artım ola biləcəyi bildirilib. ÜST qlobal riski “çox yüksək” olaraq təyin edib. ÜST üzv ölkələri Covid-19 peyvəndi proqramlarını sürətləndirməyə çağırıb. Cənubi Afrikada aşkarlanan və bütün dünyada sürətlə yayılan Omikron variantının daha ağır xəstəliyə səbəb olub-olmadığı hələ müəyyən edilməyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni bəyanatında bildirib ki, koronavirusun yeni "Omikron" variantı üçün qlobal risk “çox yüksək” olaraq qiymətləndirilir. ÜST yaxın vaxtlara qədər bunun qlobal problem olmayacağını açıqlayıb. Qlobal iqtisadiyyatın çətin vəziyyətə düşdüyü bir vaxtda gələn qərar dəyişikliyinin səbəbinin dünya miqyasında maliyyə oyunu olub-olmadığı sualını ağla gətirir.

"Omikron" yoluxuculuğu ilə məşhur olan Delta variantından daha yoluxucu olması ilə diqqət çəkir. 

İndiyədək COVID-19 simptomlarından fərqli heç bir əlamət müşahidə olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının ilkin təsbitlərinə görə, bu variantın xəstəliyi keçirmiş insanlarda təkrarlanma potensialına malikdir. 

Mütəxəssislər bildirirlər ki, hazırda mövcud olan vaksinlər "Omikron" variantına qarşı daha az təsirli ola bilər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı "Omikron" variantının sünbül zülalının vaksinlərin əsaslandığı orijinal koronavirusdan çox fərqli olduğunu bildirib. Bu fərq, mövcud peyvəndlərin yeni varianta qarşı nə dərəcədə təsirli olacağı ilə bağlı narahatlıqları artırıb.

"Omikron" variantını digər variantlarla müqayisədə qorxulu edən başqa bir xüsusiyyət, onun PCR testlərində dərhal aşkarlana bilməməsidir. Honq-Konqda təsbit edilən 2 halda virus 4-cü PCR testində aşkar edilib. 

Xatırladaq ki, ÜST B.1.1.529 variantını yunan əlifbasının 15-ci hərfi olan "Omikron" adlandırıb. "Omikron" ştammı ÜST-nin indiyədək “narahatedici” kimi təsvir etdiyi beşinci variantdır. 

Yeni şatmmla bağlı ölkələr bir-birinin ardınca Afrika ölkələrinə səyahət qadağaları tətbiq etməyə başlayıb.


Oxunma sayı: 2564

Oxşar yazılar