Azərbaycan Ermənistana 11 cəsəd təhvil verdi: 9-nun kimliyi dəqiqləşdi

  • 14:07 - 29 Noyabr

Müharibədən bir ildən çox vaxt keçdikdən sonra Ermənistanın D-20 diviziyasının bir qrup hərbçisinmin cəsəd qalıqları tapılıb.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, dekabrın 2-də 9 hərbçinin dəfn mərasimi keçiriləcək. Məlumatı hərbçilərdən birinin qohumu təsdiqləyib.

“D-20 diviziyasının cəsədləri tapılan hərbçiləri üçün dəfn mərasimi dekabrın 2-də saat 16:30-da İrəvandakı Müqəddəs Qriqori İlluminator kafedralında keçiriləcək”, - hərbçinin qohumu bildirib.

Qeyd edək ki, həmin hərbçilərin cəsəd qalıqlarını Azərbaycan tərəfi bu il noyabrın 2-də Ermənistan tərəfinə təhvil verib.

Belə ki, təhvil-təslim Xocavənd rayonunun Qırmızı Bazar (Karmir Şuka) kəndinin yaxınlığında Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə baş tutmuşdu. Bu aman 11 nəfərin qalıqları Ermənistan tərəfinə təhvil verilmişdi.

Cəsəd qalıqları üzərində məhkəmə-tibbi ekspertizası araşdırma aparandan sonra, bu günlərdə 9 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Həmin hərbçilər Ermənistanın D-20 diviziyasından olan artilleriyaçılardı.

11 cəsəddən 9-nun ad-soyadı da açıqlanıb:  David Azatyan, Hayk Antonyan, Karen Danielyan, Artak Mikaelyan, Narek Ohanyan, Vahe Papyan, Hayk Papikyan, Ruben Poqosyan, Samvel Poqosyan.


Oxunma sayı: 4005

Oxşar yazılar