Türkiyədən PKK-ya qarşı anti-terror əməliyyatı: 3 terrorçu məhv edildi

  • 13:22 - 29 Noyabr

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında üç YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabından məlumat verilib. 

Məlumatda bildirilir ki, “Barış pınarı” əməliyyatı zonasında 1, “Fərat Qalxanı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib. 

RKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər. 

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, PKK terrorçularının Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə şəhid olub. 

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb. 

Ankaranın vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan yenidən silahlı hücumlara başlayıb. 

Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır. 

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.


Oxunma sayı: 2399

Oxşar yazılar