Azərbaycanın növbəti uğuru: Ermənistanın isə məğlubiyyət seriyasının davamı - Rəfail Becanov

  • 11:21 - 29 Noyabr

“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci Zirvə Toplantısı Soçi razılaşmasının ardından Azərbaycanın siyasi strategiyasında növbəti uğurlu addım oldu. İƏT-ə üzv olan dövlətlər Azərbaycanı qələbə münasibətilə təbrik etdi və yekun hesabatlarda dəhliz anayışı birmənalı olaraq regional status qazandı. Bu hesabatlarda dəhliz anlayışı həm də “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapır. Bu isə Zəngəzur dəhlizi deməkdir və dəhlizin bölgədə marağı olan dövlətlər üçün strateji əhəmiyyətə malik olduğunun göstəricisidir”.

Avropa.info bildirir ki, bunu “Cmhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Zirvə Toplantısının maraqlı tərəflərindən biri İranın etiraz etdiyi dəhliz anlayışına artıq əvvəlki reaksiya verə bilməməsidir:

“İran bütün imkanlarından istifadə edərək, Zəngəzur dəhlizinin əleyhinə çıxırdı. Lakin bu toplantıda geri addım atmaq məcburiyyətində qaldı. Təbii ki, yenə də etiraz etmək istəyərdi, amma təşkilata üzv olan dövlətlərin qəti mövqeyi qarşısında geri çəkilməli və Zəngəzur dəhlizi anlayışını qəbul etməyə məcbur oldu. Bu, Azərbaycanın növbəti strateji siyasi qələbəsidir”.

R.Becanovun fikrincə, toplantının digər bir mühüm məqamı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrlə bağlıdır:

“KTMT-yə üzv olan ölkələrdən 4-ü İƏT-də Azərbaycanın müttəfiqidir. Onların yekun sənəddə Azərbaycanın mövqeyini müdafiə etməsi Ermənistana növbəti bir zərbə oldu. Emənistan dəfələrlə KTMT-ni Azərbaycanla qarşıdurmaya sövq etməyə çalışır, lakin məqsədinə nail ola bilmiri. Sərhəd təxribatlarının arxasında duran əsas amil də məhz KTMT-ni münqaişəyə cəlb etmək və Azərbaycana qarşı güc balansı formalaşdırmaq idi. KTMT-yə üzv olan ölkələr isə reallığı düzgün qiymətləndirərək, Ermənistanın çağırışlarının heç bir reaksiya göstərmirdi.

İƏT-in Zirvə Toplantısında KTMT-yə üzv olan ölkələrdən 4-nün Azərbaycanı qələbə münasibətilə təbrik etməsi və qəbul edilən hesabatlarda dəhlizin strateji əhəmiyyətinin qeyd edilməsi Ermənistanın acı duruma düşdüyünün nümayişidir. KTMT-də belə Ermənistan "ofsayd"da qaldı.

Bütün bunlar Azərbaycanın növbəti uğuru, Ermənistanın isə məğlubiyyət seriyasının davamıdır”.


Oxunma sayı: 1233

Oxşar yazılar