PKK terror təşkilatı tərəfdarları Berlində nümayiş keçirdi - Polislə qarşıdurma yaşandı - VİDEO

  • 12:34 - 29 Noyabr

Almaniyada PKK terror təşkilatının tərəfdarları aksiya keçirib. 

Avropa.info xəbər verir ki, paytaxt Berlində PKK qadağanının qaldırılmasını tələb edən minlərlə insan şüarlar və yürüşlərlə müşayiət olunan terror təbliğatı aparıb. 

Yürüş zamanı təlaş içində olan nümayişçilər arasında Avropa partiya və təşkilatlarının da olduğu bildirilib. 

Aksiya zamanı bir müddət sonra təhlükəsizlik qüvvələri müdaxilə edərək terror təşkilatı PKK-ya rəğbət bəsləyən bəzi şəxsləri saxlayıb.


Oxunma sayı: 2905

Oxşar yazılar