ABŞ-dan olan siyasi nəzəriyyəçidən Türkiyə SİHA-ları ilə bağlı SENSASİON AÇIQLAMA: Oyun qaydalarını dəyişə bilər - FOTO

  • 12:19 - 29 Noyabr

Amerikalı analitik və siyasət şərhçisi Fukuyama Ukraynanın Türkiyə SİHA-larından istifadəsinin bu sahədə balansı dəyişdirə biləcəyini bildirib.

Avropa.info bildirir ki, siyasi nəzəriyyəçi Frensis Fukuyama Türkiyə SİHA-ları ilə bağlı əvvəlki məqaləsində bu silah sistemlərinin gücündən uzun-uzadı bəhs edib və onların oyun dəyişdirən xüsusiyyətlərini sadalayıb.

Fukuyama Twitter hesabında yayımladığı mesajda Türk SİHA-larının Rusiyaya veridyi rahatsızlığı bir daha xatırladıb.

Məlum olduğu kimi, Ukrayna ilə Rusiya arasında Donbassda, xüsusilə Krımda ciddi gərginlik yaşanır. 

Kiyev rəhbərliyi Moskvanın dəstək verdiyi separatçı qüvvələrin irəliləməsinin qarşısını almaq üçün Türkiyədən Bayraktar TB2 SİHA-ları alıb. 

Ukrayna ötən həftələrdə Donbassda ilk dəfə bu SİHA-lardan istifadə etməklə Rusiyaya mesaj verib.

Kreml tərəfi həmişə bu SİHA-larla bağlı narahatlığını bildirir. 

Türkiyə isə silah satışını qınayan Moskvaya cavab olaraq “Bizi Ukraynaya silah satmaqda günahlandırmaq olmaz” mesajını verib.

Sosial media mesajı ilə rusların narahatlığını bir daha xatırladan Fukuyama, "Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər, ona görə də Moskva bu məsələ ilə bu qədər məşğul görünür" deyib.


Oxunma sayı: 2432

Oxşar yazılar