ABŞ-da irqçiliklə mübarizənin simvolu, müsəlman lider Malkolm X-in qızı dünyasını dəyişdi - Ərdoğan dəfninə çələng göndərdi (FOTO)

  • 10:32 - 29 Noyabr

ABŞ-da irqçiliklə mübarizənin simvollarından olan Malkolm X-in mərhum qızı Məlikah Şahbazın cənazəsi Nyu Yorkda atası ilə eyni qəbiristanlıqda dəfn edilib. Avropa.info xəbər verir ki, mərasimə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür qatılarıb, prezident Ərdoğan da türk bayraqlı çələng göndərib.

56 yaşında dünyasını dəyişən Məlikah Şahbaz Manhettendə Nyu-York İslam Mədəniyyət Mərkəzində qılınan cənazə namazından sonra 1965-ci ildə silahlı hücumda şəhid olan atasının dəfn olunduğu Ferncliff qəbiristanlığında dəfn edilib.

Malikah Şahbaz

İslam qaydaları ilə təşkil edilən dəfn mərasimində Malkolm X-in cənazəsini sağ qalan qızları və Nyu-York ətrafında bir qrup müsəlman amerikalı müşayiət edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəfn mərasiminə əklil göndərərək başsağlığı verib. 

Bundan başqa, mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür də iştirak edib. Cənazə namazından əvvəl ailə üzvlərinə başsağlığı verən Mercan, “Malcolm X dünya müsəlmanlarının tanıdığı müstəsna bir şəxsiyyətdir. Prezidentimizin Malcolm X-in qızının vəfatı ilə bağlı yaxınlarına başsağlığı mesajlarını çatdırdıq”, deyib. 


Oxunma sayı: 4423

Oxşar yazılar