Bakıda əlbəyaxa dava zamanı oğlana üç bıçaq zərbəsi vurulub

  • 09:59 - 29 Noyabr

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü İsayev Namiq Natiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı ona üç bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Oxunma sayı: 1233

Oxşar yazılar