"Qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik" - Ərdoğan İƏT ölkələrini Azərbaycanla həmrəyliyə ÇAĞIRDI

  • 01:23 - 29 Noyabr

"Türkiyə olaraq qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı deyib.
 

Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının qapılarını açdığına diqqət çəkən Ərdoğan, İƏT-i rəsmi Bakını dəstəkləməyə çağırıb.

"Azərbaycanın bölgədə rifahı artırmaq üçün bir-birinin ardınca həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar regionda normallaşma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəy olmağımız böyük əhəmiyyət kəsb edir", - deyə Ərdoğan qeyd edib. 

Türkiyə prezidenti Zəngəzur dəhlizi məsələsinə də toxunub.

"Bölgəmizdə nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir. Türkiyənin Xəzərdə Şərq-Qərb Keçid Mərkəzi Dəhlizi Təşəbbüsü və Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti səylərimizin konkret təzahürləridir.Ölkəmizlə regionumuz arasında birbaşa yol əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır", - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 2806

Oxşar yazılar