Azərbaycanda son sutkada 1662 nəfər koronavirusa yoluxub, 2391 nəfər sağalıb - 18 nəfər vəfat edib

  • 16:47 - 28 Noyabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 585 783 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.
Ölkədə son sutka ərzində 11 369, hazırkı dövrədək isə 5 521 070 test aparılıb.


  •  

Oxunma sayı: 2003

Oxşar yazılar