Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib

  • 17:30 - 28 Noyabr

Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib. 
Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. 
1963-cü il təvəllüdlü Mahirə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 
İlkin məlumata görə, 58 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.(apa)


Oxunma sayı: 1937

Oxşar yazılar