Türkiyədə avtobusun aşması nəticəsində 22 nəfər yaralanıb

  • 15:50 - 28 Noyabr

Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.

Avropa.info xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükanda nəzarəti itirməsi olub. Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.


Oxunma sayı: 2718

Oxşar yazılar