Qırğızıstanda parlament seçkiləri keçirilir

  • 11:40 - 28 Noyabr

Bu gün Qırğızıstan parlamentinə seçkilər keçirilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-da açılıb, 20.00-də bağlanacaq.

Seçkilərə Qırğızıstanda fəaliyyət göstərən 21 partiya və 287 müstəqil namizəd qatılıb.

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 3.y milyon vətəndaşın adı salınıb.

Yeni qanunvericiliyə görə, indiki parlament 90 deputatdan ibarət olacaq. Bunun 54-ü partiya siyahıları üzrə, 36-sı müstəqil deputat kimi fəaliyyət göstərəcək.

Qırğızıstan Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Bişkekin mərkəzindəki 1053 nömrəli seçki məntəqəsində səs veriblər.


Oxunma sayı: 2498

Oxşar yazılar