Portuqaliya klubu meydana 9 futbolçu ilə çıxıb, oyun yarımçıq dayandırılıb

  • 11:16 - 28 Noyabr

Futbol üzrə Portuqaliya Premyer Liqasının XII turunda maraqlı hadisə baş verib.

 "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb. Onlardan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.

Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

Qeyd edək ki, oyundan əvvəl "Belenenseş"in 13 futbolçusu, baş məşqçisi və köməkçiləri, həmçinin klubun 2 əməkdaşında koronavirus aşkarlanıb.


Oxunma sayı: 8449

Oxşar yazılar